Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 12 nəfər hərbiçimiz, o cümlədən general, polkovnik rütbəli hərbiçilərimiz şəhid olmuşdur. Hərbiçilərimizlə
bərabər 1 nəfər mülki şəxs Tovuz rayonunun Ağdam kənd sakini Əziz Əzizov təxribatın
qurbanı olmuşdur. Düşmən tərəfindən atılan mərmi onun yaşadığı evin həyətinə
düşərək həm evini dağıtmış, həm də özü şəhid olmuşdur. Əlbəttə ki, 70 yaşdan
yuxarı bir şəxsin heç bir günahı olmadan
bu cür vəhşiliklə öldürülməsi erməni vandalizminə yaraşan hərəkətdir.
Şəhidlərimizlə
bərabər təxribat nəticəsində dinc əhalinin yaşayış məntəqələrinə ciddi ziyan dəymişdir.
Düşmənin istifadə etdiyi ağır
artilleriyanın yaşayış məntəqələrinə düşməsi nəticəsində bir neçə yaşayış evi və
obyektlər tamamilə yararsız hala düşmüşdür.
Dinc əhaliyə,
dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev tez bir zamanda sərəncam
imzaladı və müvafiq qurumlara tapşırdı ki, əhaliyə hər cür köməklik göstərilsin.
Düşmən təxribatı nəticəsində dağıdılmış yaşayış evləri və obyektlər tezliklə bərpa
olunsun.
Bu çətin vəziyyətdə Prezidentimizin İlham Əliyevin xalqın yanında olması və Azərbaycan
Respublikasının Birinci Xanımı Mehriban Əliyevanın şəhid ailələrini sonuna qədər
öz himayəsinə götürməsi hər birimiz üçün qürurvericidir.
Tezliklə
torpaqlarımızı düşməndən azad etmək və qələbə sorağını almaq üçün prezidentimizin
və əlində silah vətən keşiyində duran əsgərlərimizin yanında olmaq hər bir Azərbaycan
vətəndaşının borcudur. Allah bütün əsgərlərimizi qorusun!
Rafiq Quliyev,Xocalı rayon ziyalısı